Gürcüstan Patriarxlığı ilə ARDNŞ arasında Memorandum imzalanıb
Bu gün ARDNŞ prezidenti Rövnəq Abdullayev Gürcüstanın Patriarxı Katolikos II İlya ilə görüşüb.
ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Gürcüstan Patriarxlığı ilə ARDNŞ arasında Memorandum imzalanıb.
Memoranduma əsasən, ARDNŞ xeyriyyə məqsədi ilə öz üzərinə bir il müddətində Gürcüstan ərazisindəki dini konfessiya obyektlərinə təmənnasız təbii qaz verilməsi haqqında öhdəlik götürüb. Həmin obyektlərin qaz təminatına cari ilin noyabrından başlanacaq. Görüşdə qeyd olunub ki, bu xahişlə ARDNŞ-yə Gürcüstanın Energetika və Təbii Ehtiyatlar Nazirliyi müraciət edib. Memorandumun imzalanma mərasimində Gürcüstan Baş nazirinin müavini, energetika və təbii ehtiyatlar naziri Kaxi Kaladze iştirak edib.