Azərbaycan 15 ölkənin QHT-lərini maliyyələşdirəcək
07 iyun 2013 17:12 (UTC +04:00)

Azərbaycan 15 ölkənin QHT-lərini maliyyələşdirəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Vilnüs şəhərində keçirilən Litvanın Avropa Birliyində sədrliyinə həsr olunmuş beynəlxalq konfransda “Avropa İttifaqı və onun Şərq Tərəfdaşlığı” adlı paneldə çıxış edib.

 

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, öncə konfrans iştirakçılarına Şura haqqında məlumat verən Azay Quliyev təmsil etdiyi qurumun belə mötəbər konfransa sponsorluq etməsindən məmnun olduğunu söyləyib.

 

Şuranın indiyədək 2000-dən artıq yerli QHT-nin layihələrini maliyyələşdirildiyini nəzərə çatdıran Azay Quliyev bu ildən etibarən 10-u Avropa İttifaqının üzvü olmaqla, 15 ölkədə QHT-lərin layihələrini maliyyələşdirəcəyini və bu əməkdaşlığın Azərbaycanın Avropaya inteqrasiya prosesində irəliləməsinə, cəmiyyətlər arasında anlaşmaya müsbət təsir göstərəcəyini qeyd edib. Avropa İttifaqı və Azərbaycan münasibətlərindən danışan Azay Quliyev Azərbaycanın Avropa İttifaqını strateji tərəfdaş kimi gördüyünü və indiyədək ikitərəfli maraqlara söykənən bir çox sənədlərə imza atıldığını bildirib. Onun sözlərinə görə, Azərbaycan Avronest Parlament Assambleyasının (PA) təsisçilərindən biridir: “Təəssüflər olsun ki, Avropa Parlamenti Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələr barəsində qətnamə hazırlayarkən, Avronest PA-nın potensialından tam istifadə etmir. İnanıram ki, biz bu məsələyə diqqət ayırmaqla, birlikdə işləməklə Avropa Parlamenti və Avronest PA arasında anlaşılmazlığı aradan götürə, ümumi maraqlarımız naminə hər iki qurumdan lazımi səviyyədə faydalana bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 913
avatar

Oxşar yazılar