Azərbaycan-İran hökumətlərarası komissiyasının yeni tərkibi təsdiqləndi
15 aprel 2014 15:23 (UTC +04:00)

Azərbaycan-İran hökumətlərarası komissiyasının yeni tərkibi təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən yeni tərkibinin təsdiqlənməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla komissiyanın üzvləri aşağıdakı şəxslərdən formalaşıb: 

 

Komissiyanın həmsədri

Şahin Mustafayev — Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

 

 Komissiyanın üzvləri:

Azər Zeynalov — Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini
Xələf Xələfov — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Musa Pənahov — Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
İlham Quliyev — Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Ədalət Vəliyev — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Cavanşir Axundov — Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Səfər Mehdiyev — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Fərhad Tağızadə — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Ehtiram Rəhimov — Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini
Vadim Xubanov — Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini
Etibar Pirverdiyev — “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Arif Əsgərov — “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Rauf Vəliyev — “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Xoşbəxt Yusifzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Məmmədsadıq Quliyev — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini
 

Xarici İşlər Nazirliyinə isə müvafiq dəyişiklik barədə İran tərəfinə bildiriş göndərmək tapşırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565
avatar

Oxşar yazılar