Azay Quliyev Litva hökumətinə müraciət etdi
07 iyun 2013 18:47 (UTC +04:00)

Azay Quliyev Litva hökumətinə müraciət etdi

Vilnüs şəhərində Litvanın Avropa Birliyində sədrliyinə həsr olunmuş beynəlxalq  konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Litva hökumətinə müraciət edib. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, A. Quliyev Avropa Birliyinə rəhbərlik etdiyi müddətdə Azərbaycanın ərazi bütövlüyünü və milli maraqlarını özündə əks etdirən Assosiasiya Sazişinin tezliklə imzalanması üçün bütün imkanların səfərbər olunmasını istəyib. Avropa Birliyi və Azərbaycan arasında imzalanması nəzərdə tutulan Assosiasiya Sazişinə toxunan millət vəkili bütün tanınmış beynəlxalq təşkilatların və Avropa Birliyi ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda Avropa Birliyinin bu faktı sazişdə qeyd etmək istəməməsinin qəbuledilməz olduğunu xüsusi vurğulayıb. Azay Quliyev məhz bu amilin Avropa Birliyi və Azərbaycan arasında Assosiasiya Sazişinin imzalanmasına mane olan ən başlıca amil olduğunu bildirib.
 

A. Quliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Moldova və Gürcüstanda olan münaqişələr Avropa ölkələrinin enerji təhlükəsizliyini və Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi təhlükə altında qoyur: “Avropa Birliyi bu münaqişələrin həll olunması üçün səylərini artırmalıdır. Mövcud münaqişələr regional inteqrasiya və əməkdaşlıq üçün keçilməz sədd yaradır”.


Xatırladaq ki, Litva bu ilin iyul ayının 1-dən etibarən ilk dəfə olaraq Avropa Birliyinə sədrlik edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536
avatar

Oxşar yazılar