Prezident İlham Əliyev Avropa Xalq Partiyasının Xarici Əlaqələr üzrə ekspert qrupunun həmsədri Franko Frattininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məluma görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Prezident İlham Əliyevin Brüsselə səfəri və səfər zamanı əməkdaşlığın genişləndirilməsinə dair Avropa İttifaqının rəhbərləri ilə apardığı səmərəli müzakirələrin önəmli olduğu qeyd edilib. Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası arasında əməkdaşlığı genişləndirməyin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı Avropanın bəzi qurumlarının, o cümlədən Avropa Xalq Partiyasının bəzi nümayəndələrinin Azərbaycanda gedən inkişaf prosesləri ilə əlaqədar həqiqətə uyğun olmayan qeyri-obyektiv mövqe nümayiş etdirmələrinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət etmədiyi vurğulanaraq bu məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.