APA-nın Qarabağ bürosunun xəbərinə görə, Norveç Stortinqinin (parlamentinin) üzvləri İnqebjorq Qodskesen, Karin Valdest, Karl Qardarsson və finlandiyalı ictimai-siyasi xadim, Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü Yaakko Laakso Ağdamın Quzanlı qəsəbəsində olublar.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşdən sonra qonaqlar məcburi köçkünlər üçün salınmış yeni qəsəbədəki 18 saylı orta məktəbdə, daha sonra isə təmas xəttinə yaxınlıqda yerləşən Çıraqlı kəndində olublar.