Avropalı diplomatın səlahiyyət müddəti başa çatdı
07 iyun 2013 20:22 (UTC +04:00)

Avropalı diplomatın səlahiyyət müddəti başa çatdı

Türkiyənin Azərbaycandakı səfirliyində Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobianın diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul təşkil olunub.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrin, millət vəkilləri və ictimai-siyasi xadimlər iştirak ediblər.

 

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Roland Kobianı çox gözəl bir insan və peşəkar diplomat kimi dəyərləndirib: "Burada işlədiyim səkkiz ay ərzində onunla sırf dostluq əlaqələri qurmuşdum. Ona yeni iş yerində uğurlar arzulayıram. Dost olaraq onunla əlaqə saxlayacağam. Roland Kobia sözü düz deyən insandır və mən hiss etdim ki, o, Azərbaycana yaxşı bir dostur".


Daha sonra çıxış edən Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç diplomatik korpus adından bildirib ki, R.Kobianın burada işlədiyi dörd il ərzində Azərbaycanla Avropa Birliyi arasında əlaqələr daha da möhkəmlənib: "Kobia çox cavan, eyni zamanda çox təcrübəli bir diplomatdır. Ona yeni vəzifəsində uğurlar arzulayırıq”.

 

Sonda söz alan R.Kobia xoş sözlərə görə hamıya təşəkkürlərini bildirib: “Çox simvolikdir ki, Türkiyə Avropa Birliyi üçün belə bir tədbir təşkil edib. Burada işlədiyim 4 il mənim üçün çox yaddaqalan oldu. Mən vidalaşmıram, sadəcə sagollaşıram".

 

Sonda Roland Kobiaya xatirə hədiyyələri təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465
avatar

Oxşar yazılar