Xocalı faciəsinin günahkarları beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb olunmalıdır". APATV-nin xəbərinə görə, bu fikirləri Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı Bakıda səfərdə olan Moldovanın Ombudsmanı Aurelia Qriqoriu deyib. O, dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək üçün həmişə Azərbaycan xalqının yanında olduğunu vurğulayıb: "Xocalı faciəsinin 22-ci ildönümü yaxınlaşır. Orada baş verənlər dəhşətli və dözülməzdir. Mən Azərbaycan xalqını bu matəm günündə dəstəkləmək üçün gəlmişəm. Demək istəyirəm ki, indi ən vacib məsələ beynəlxalq diqqəti bu faciəyə yönəltməkdir. O cümlədən, bu hadisələrinin bir daha baş verməməsi üçün təqsirkar şəxslər beynəlxalq hüquq və normalar çərçivəsində cəzalandırılmalıdır".
O, Bakıya səfəri çərçivəsində bu soyqırımının beynəlxalq ekspertlər və siyasətçilərlə birlikdə müzakirə edəcəklərini diqqətə çatdırıb.