ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın gələn həftənin əvvəllərində Azərbaycana və Ermənistana planlaşdırılan səfəri təxirə salınıb.
APA-nın diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, L. Kojara yalnız Gürcüstana səfər edəcək. Onun Azərbaycan və Ermənistana səfərinin təxirə salınması hər iki ölkənin prezidentlərinin iş qrafiki ilə bağlıdır. Səfərin nə vaxt gerçəkləşəcəyi hələlik bəlli deyil və diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək.
Qeyd edək ki, L. Kojaranın regiona səfəri 17-19 iyun tarixlərinə planlaşdırılmışdı.