ATƏT sədri Dağlıq Qarabağın erməni icması ilə nədən danışdı?
15 iyul 2013 18:41 (UTC +04:00)

ATƏT sədri Dağlıq Qarabağın erməni icması ilə nədən danışdı?

0

“Leonid Kojara Azərbaycanda səfərdə olan zaman Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüş keçirdi.


 

Görüşlərin davamı olaraq İrəvanda Dağlıq Qarabağın erməni icması ilə görüşlər keçirib”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojaranın İrəvanda keçirdiyi görüşləri APA-ya belə şərh edib.

 

Diplomat qeyd edib ki, icmalarla bu cür görüşlərin məqsədi mədəniyyətlərarası dialoqun qurulmasıdır: “ATƏT sədri məhz bu səbəbdən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının nümayəndələri ilə görüşüb”.   

 

Qeyd edək ki, erməni mətbuatı ATƏT sədrinin İrəvanda qondarma “Dağlıq Qarabağ Respublikası prezidenti” Bako Saakyanla görüşməsi barədə məlumat yayıb. Erməni tərəfi görüşdə “DQR-in digər rəhbərlərinin də” iştirak etdiyini bildirir.

 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 796

Oxşar yazılar