ATƏT prezident seçkiləri izləmək üçün missiya göndərəcək
13 iyul 2013 11:17 (UTC +04:00)

ATƏT prezident seçkiləri izləmək üçün missiya göndərəcək

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Ehtiyacların Qiymətləndirilməsi Missiyasının tədqiqatları əsasında və mandatına uyğun olaraq bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidəçi missiyası göndərməyə hazırlaşır.


 

APA-nın ATƏT DTİHB saytına istinadən verdiyi məlumata görə, ATƏT DTİHB seçkiləri izləmək üçün müşahidəçi missiyasının rəhbəri, missiya rəhbərinin müavini, politoloq, seçki, hüquq sahəsi, media üzrə analitik və uzunmüddətli müşahidəçi koordinatoru vəzifələri üzrə xarici məsləhətçilər axtarır.

 

Məlumatda qeyd edilir ki, seçiləcək namizədlərin iş müddəti müvəqqətidir və 8 həftə çəkəcək. Əgər seçkilərin ikinci turuna ehtiyac olsa, onların işi daha 3 həftəyə uzadıla bilər. Namizədlər Azərbaycan istisna olmaqla, ATƏT-ə üzv ölkələrin vətəndaşları olmalı və 2013-cü ilin avqustunda tam hazır olmalıdırlar ki, tez bir zaman ərzində müşahidə aparılacaq ölkəyə uça bilsinlər. Seçkiləri müşahidə etmək istəyən şəxslər ATƏT DTİHB seçki eksperti məlumat bazasında qeydiyyatdan keçməli, seçmək istədiyi vəzifəsini qeyd etməklə [email protected] e-mail adresinə məktub və CV göndərməlidir. Son müraciət tarixi 2013-cü il avqustun 4-dür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462
avatar

Oxşar yazılar