ATƏT müşahidəçiləri gələn həftə fəaliyyətə başlayacaqlar
23 avqust 2013 12:55 (UTC +04:00)

ATƏT müşahidəçiləri gələn həftə fəaliyyətə başlayacaqlar

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək uzunmüddətli müşahidə missiyası gələn həftə fəaliyyətə başlayacaq.

 

APA-nın xəbərinə görə, bunu ATƏT-in Bakı Ofisinin rəhbəri Koral Tarqay deyib.

 

Onun sözlərinə görə, missiyanın ofisi avqustun 26-da açılacaq. Uzun müddətli missiyanın tərkibində Azərbaycana 30 nəfər  gələcək. Bundan əlavə, 50-50 nəfərdən ibarət yardımçı heyət olacaq.

 

Səfir deyib ki, seçki günü prosesləri izləyəcək qısamüddətli ATƏT missiyası isə 180 nəfərdən ibarət  olacaq.

 

Uzunmüddətli müşahidə missiyası ölkədə seçki öncəsi vəziyyətin monitorinqini aparacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354
avatar

Oxşar yazılar