ATƏT-in sədri  həmsədrlərlə Qarabağ münaqişəsini müzakirə edib
14 iyun 2013 23:41 (UTC +04:00)

ATƏT-in sədri həmsədrlərlə Qarabağ münaqişəsini müzakirə edib

ATƏT-in sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara iyunun 14-də Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Jak Foru (Fransa), Yan Kellini (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

 

APA-nın ATƏT-in mətbuat katibliyinin məlumatına istinadən verdiyi xəbərə görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar məsələləri müzakirə edib. Həmsədrlər ATƏT sədrini danışıq prosesinin hazırkı vəziyyəti, həmçinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşün nəticələri barədə qısa məlumat veriblər.  

Tərəflər arasında ATƏT sədrinin Azərbaycana və Ermənistana gözlənilən səfəri ətrafında fikir mübadiləsi aparılıb, Ukraynanın ATƏT-in rəhbəri kimi əhəmiyyətini nəzərə alaraq, gələcək görüşlərin səmərələri olacağına ümid ifadə edilib.

 

 

ATƏT-in sədri Leonid Kojara Ukraynanın ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini dəstəklədiyini təsdiqləyərək, bu məsələnin Ukraynanın ATƏT-in sədrliyi dövründə prioritet olduğunu qeyd edib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402
avatar

Oxşar yazılar