Sentyabrın 2-də Xorvatiyanın Dubrovniki şəhərində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun növbəti iclası keçiriləcək.
APA-nın məlumatına görə, iclasda, əsasən, AŞPA-nın payız sessiyasının (30 sentyabr-4 oktyabr) gündəliyi, oktyabrın 9-da Azərbaycanda, 27-də isə Gürcüstanda keçiriləcək prezident seçkilərinin müşahidəsinə hazırlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, AŞPA Azərbaycana qısamüddətli müşahidə missiyası göndərməyi planlaşdırır. Bundan başqa, AŞPA müşahidəçilərindən ibarət heyət ölkədə seçkiqabağı vəziyyətlə tanış olmaq üçün sentyabrın 11-13-də Bakıda səfərdə olacaq.