AŞPA-da Azərbaycan və Ermənistan nümayəndə heyətinin görüşü planlaşdırılır
20 iyun 2013 11:35 (UTC +04:00)

AŞPA-da Azərbaycan və Ermənistan nümayəndə heyətinin görüşü planlaşdırılır

0

“Gələn həftə Starsburqda AŞPA-nın yay sessiyası çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətinin görüşü planlaşdırılır”. Bunu Lent.az-a açıqlamasında AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib: “Yenə də Ermənistan tərəfi danışlardan qaçmasa, bu sessiya çərçivəsində iki ölkənin nümayəndə heyətinin görüşü planlaşdırılır”. Onun sözlərinə görə, bu görüş AŞPA prezidenti tərəfindən təşkil olunacaq.

Millət vəkili xatırladıb ki, bu ilin aprel ayında da belə bir görüşün keçirilməsi nəzərdə tutulurdu, lakin Ermənistan nümayəndə heyəti görüşə gəlmədi: “Biz isə əlaqədən, hansısa bir dialoqdan, müzakirələrdən geri çəkilmirik. İndi isə Ermənistan AŞ-da sədrlik edir. AŞ-ya sədrlik etdiyinə görə, Ermənistan danışıqlardan imtina etməməlidir”.

S. Seyidov onu qeyd edib ki, əgər Ermənistan nümayəndə heyəti yenə də belə bir görüşdən imtina etsə, onda Azərbaycan tərəfi bu məsələni AŞPA-da qaldıracaq.

Millət vəkili AŞPA prezidentinin adıçəkilən təşkilatın çərçivəsində Dağlıq Qarabağ üzrə alt komitəsinin faktiki fəaliyyət göstərməməsi fikrinə də münasibət bildirib: “Hansısa bir qurumun mövcud olub-olmamaması bizim üçün əhəmiyyət kəsb etmir. Bizim üçün əsas məsələ Dağlıq Qarabağ məsələsinin hər zaman gündəmdə qalmasıdır. Ona görə, hər hansısa bir qurum uğrunda mübarizə aparmağın mənası yoxdur. Ancaq ideya və mövqe uğrunda mübarizə aparmaq lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 624

Oxşar yazılar