Azərbaycan prezidentliyinə namizəd, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə səs verib.
APA-nın məlumatına görə, A. Əlizadə nəvəsi Arazla 17 saylı III Yasamal Seçki Dairəsinin 23 saylı məntəqəsinə gəlib.
Səsvermə hüququndan istifadə edən A. Əlizadə jurnalistlərə açıqlamasında səsvermə prosesinin şəffaf keçirildiyini, hələlik hər hansı qanun pozuntusu ilə rastlaşmadıqlarını deyib: “Ümid edirəm ki, seçki şəffaf və ədalətli keçəcək. Həyat mübarizədir, biz də mübarizəmizi davam etdirəcəyik”.
O, seçki təşviqatı zamanı yol verilən qara piarların da seçki prosesinə təkan verdiyini də bildirib.
A. Əlizadə nəvəsi Araz Əlizadənin xoşbəxt gələcəyinə səs verdiyini vurğulayıb.