Azərbaycanın Türkiyədəki səfirliyi Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə silsilə tədbirlər planı hazırlayıb.
Azərbaycanın Türkiyədəki səfirliyindən Lent.az-a verilən məlumata görə, silsilə tədbirlər çərçivəsində ilk olaraq aprelin 24-də Ankaranın Çankaya rayon bələdiyyəsi ilə birlikdə bu bələdiyyənin Müasir İncəsənət Mərkəzində “Heydər Əliyev və Türkiyə” sərlövhəli fotosərgi təşkil olunub.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin sabiq Ssdri İsmet Sezqin, Türkiyənin sabiq səhiyyə naziri Halil Şıvqın, çox sayda millət vəkilləri, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Çankara rayon bələdiyyəsinin başçısı Bülent Tanık başda olmaqla bələdiyyə əməkdaşları, Ankara ictimaiyyətinin nümayəndələri, çox sayda elm və incəsənət adamları, diaspor nümayəndələrimiz və Ankarada təhsil alan tələbələrimiz iştirak ediblər.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Heydər Əliyevin həyatından, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində atdığı tarixi addımlardan və Türkiyə ilə münasibətlərə verdiyi xüsusi diqqətdən danışıb. Çankara rayon bələdiyyəsinin sədri Bülent Tanıkbel mühüm tədbirlərin ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrdən söz açıb və səfirliyimizə öz minnətdarlığını bildirib.
Daha sonra Faiq Bağırov, Çankara rayon bələdiyyəsinin başçısı Bülent Tanık, Türkiyə Böyük Millət Məclisinin sabiq Sədri İsmet Sezqin, Türkiyənin sabiq Səhiyyə Naziri Halil Şıvqın və Türkiyənin Bakıdakı sabiq Səfiri Hulusi Kılıç fotosərginin açılış lentini kəsiblər. Tədbir iştirakçılarına sərginin açılışı münasibətilə ziyafət verilib. Fotosərgi 30 aprel tarixinədək nümayiş etdiriləcək.