Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Aytəkin Məhərrəmovanın APA-ya verdiyi xəbərə görə, yeni təyin olunmuş səfirin adı Haydrun Templdır.
Məlumata görə, xanım Haydrun Templ yeni təyinatadək Almaniyanın İndoneziyadakı səfirliyində daimi işlər müvəkkili vəzifəsində çalışıb.
Qeyd edək ki, Haydrun Templ Almaniyanın Azərbaycandakı səfiri postunda missiyasını bu ilin iyulunda bitirəcək Gerbert Kvelleni əvəz edəcək.