Almaniyanın və İsveçrənin Azərbaycandakı səfirlərinin səlahiyyət müddəti başa çatıb
13 iyun 2013 19:01 (UTC +04:00)

Almaniyanın və İsveçrənin Azərbaycandakı səfirlərinin səlahiyyət müddəti başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətlərinin başa çatması ilə əlaqədar Almaniya Federativ Respublikasının səfiri Herbert Quelleni və İsveçrə Konfederasiyasının səfiri Sabin Ulman Şabanı qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Herbert Quellen ilə görüşdə  Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.

 

Herbert Quelle Azərbaycan tərəfinə əməkdaşlığa və göstərilmiş qonaqpərvərliyə görə minnətdarlıq bildirib. Almaniyalı diplomat Azərbaycanın nüfuzunun artdığını qeyd edib. Elmar Məmmədyarov isə Herbert Quelleyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Elmar Məmmədyarov Sabin Ulman Şabanla görüşdə Azərbaycanla İsveçrə arasındakı münasibətlərin genişlənməsindən məmnun olduğunu deyib və diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb. İsveçrə Konfederasiyasının səfiri iki ölkə arasındakı münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirib və əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu qeyd edib. Görüşdə Azərbaycan-İsveçrə münasibətlərinin inkişaf perspektivləri, xüsusilə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 389
avatar

Oxşar yazılar