Almaniyalı deputat: ”Azərbaycanın ərazi bütövlüyünə təminat verilməlidir ”
19 iyun 2013 13:23 (UTC +04:00)

Almaniyalı deputat: ”Azərbaycanın ərazi bütövlüyünə təminat verilməlidir ”

Ermənistan qoşunları işğal altındakı ərazidən çıxarılması sabit sülh razılaşmasının fundamental şərtidir ”


 

“Beynəlxalq ictimaiyyətin qərarları beynəlxalq hüquq çərçivəsində həyata keçirilməlidir. Münaqişənin siyasi həllinə nail olmaq üçün yeganə yol Ermənistanın öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmasıdır”. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, bu fikirləri AAC-ın Dağlıq Qarabağ münaqişəsinə dair  sorğusuna cavabında Almaniya Xristian Demokrat Partiyası və Bavariyanın Xristian Sosial Partiyasından olan deputat, Petisiya Komitəsinin üzvü Aleksandr Funk verib.

 

Bundestaq üzvü bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərqərar olmasına təminat verilməlidir: “Yalnız  Ermənistan qoşunları  işğal altındakı ərazidən çıxarıldıqdan sonra məcburi köçkünlər öz evlərinə qayıda  bilər.  Bu,  sabit  sülh  razılaşmasının fundamental şərtidir. Azərbaycan, xüsusilə də, enerji təminatı məsələsində Almaniya üçün xüsusi tərəfdaşdır. Lakin biz Cənubi Qafqaz regionuna bütöv məkan kimi baxmalıyıq. Dağlıq Qarabağ münaqişəsinin həllinin bütün regionu sülh ilə təmin edəcəyi barədə də düşünməliyik. Bu məsələdə Almaniya öz məsuliyyətini başa düşür və davamlı sülh razılaşmasına gedən yolu tam dəstəkləyir. Burada BMT və ATƏT-in rolu da mühümdür. Münaqişənin həlli üçün ən yaxşı mühit məsələnin çox tərəfli müstəvidə həllidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar