Prezident İlham Əliyev Şimali Osetiyanın prezidentinə Azərbaycanın ali ordeninin verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, sərəncamda Aleksandr Sergeyeviç Dzasoxova Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsi bildirilir.