Akif Muradverdiyevin işilə bağlı təzə xəbər
28 avqust 2013 17:17 (UTC +04:00)

Akif Muradverdiyevin işilə bağlı təzə xəbər

Prezidentin sabiq işlər müdiri, qaçaqmalçılıq ittihamı ilə tutulmuş Akif Muradverdiyevin işi üzrə ekspertiza təyin olunub. Məlumatı “Media forum”a vəkil Mətləb Qasımov verib.

 

Vəkil bildirib ki,  ekspertizanın nə ilə bağlı olduğu istintaq sirridir. O, işlə bağlı növbəti vəsatətlə çıxış etdiklərini də deyib: “İndi vəsatətin nə zaman cavablandırılacağını gözləyirik”.

 

Mətləb Qasımov əlavə edib ki, Akif Muradverdiyev istintaqa ifadəsində çantasından tapılan qızılların ona məxsus olmadığını deyib.

 

Müvəkkili ilə hər gün görüşdüyünü deyən vəkil onun mədəaltı vəzində ağrılar olduğunu vurğulayıb.

 

Akif Muradverdiyev iyunun 20-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, Akif Muradverdiyev Bakının beynəlxalq hava limanından Rusiya Federasiyasına aparmaq məqsədilə qızıl pul sikkələrini Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirib. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi Cinayət Məcəlləsinin 206.1 (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlayıb, Akif Muradverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

 

Akif Muradverdiyev MTN-in təcridxanasında saxlanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1366
avatar

Oxşar yazılar