Ağ Ev Azərbaycanda sayt bağlayıb?
09 iyul 2013 14:58 (UTC +04:00)

Ağ Ev Azərbaycanda sayt bağlayıb?

ictimaipalatka.net saytının yaydığı məlumata görə, dünən saat 18:00-dan etibarən saytın fəaliyyəti dayandırılıb.

 

Sayt bildirib ki, İCAN-a məxsus olan Godady.comdan ictimaipalatkaya verilən məlumata görə, buna səbəb telefon nömrəsinin yanlışlığı olub. Uzun-uzadı yazışmalara baxmayaraq bloku aradan qaldırmaq mümkün olmayıb.

 

"Bununla əlaqədar bəyan edirik ki, ictimaipalatka davamlı şəkildə Azərbaycanda cərəyan edən proseslər, Qərb dairələrinə, dünya sionizminə qulluq edən siyasətçilər haqqında ifşaedici materiallar dərc edib. Bəzi mətbuat orqanları barəmizdə tənqidi və təhqiramiz ifadələr işlətsə də, buna əhəmiyyət verməmişik və Amerika imperialistlərinin, sionizm qullarının işini ifşa etməkdə davam etmişik. Görünür, bizim məlumatlarımızdan, arqumentlərimizdən sarsınan bu dairələr ictimaipalatkanı dayandırmaqdan başqa çıxış yolu tapmayıblar. Biz bunu dünyaya demokratiya dərsi keçən Amerikanın fikir azadlığına əsl münasibəti kimi qəbul edirik”.

 

İctimaipalatka.com bəyan edib ki, onun fəaliyyəti birbaşa Ağ Evin, sionist lobbisinin  siyasi sifarişi əsasında dayandırılıb və azad fikrə qarşı ən kobud basqıdır: “Biz fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Heç bir qüvvə bizi haqq işimizdən döndərə bilməz”.

 

Xatırladaq ki, ictimaipalatka.com və bir neçə digər sayt davamlı şəkildə müxalifətə və onun liderlərinə qarşı tənqidi, təhqiramiz materiallar dərc ediblər. Araşdırmamız zamanı bu saytın sahibini müəyyən etmək mümkün olmadı. Lakin əldə etdiyimiz məlumat onu deməyə əsas verir ki, bu sayt İrandan idarə olunur və Azərbaycandakı qərbyönümlü müxalifəti əsas hədəf seçib.

 

bakuninfo.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 968
avatar

Oxşar yazılar