Bu gün Ümid Partiyasının Mərkəzi Qərargahında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Ümid Partiyasının sədri, millət vəkili iqbal Ağazadə ilə görüşüb. Lent.az-ın məlumatına görə, ABŞ səfirliyinin Siyasi İşlər üzrə müşaviri Syuzan Çesli, Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə və sədrin Beynəlxalq Əlaqələr üzrə müavini Ramin Hacılının iştirakı ilə keçirilən görüşdə ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
ABŞ səfiri İqbal Ağazadəylə görüşüb
162