ABŞ səfiri: “...ABŞ və Azərbaycan əsgərləri çiyin-çiyinə xidmət edəcək...”
03 iyul 2013 21:42 (UTC +04:00)

ABŞ səfiri: “...ABŞ və Azərbaycan əsgərləri çiyin-çiyinə xidmət edəcək...”

Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyində ABŞ-ın Müstəqillik Günü qeyd edilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bu gün 237-ci müstəqillik bayramının qeyd olunduğunu diqqətə çatdıraraq ABŞ-ın müstəqillik tarixi barədə məlumat verib.

 

Riçard Morninqstar ABŞ ilə Azərbaycan arsında mövcud olan ikitərəfli əlaqələrdən də danışıb. 

 

Səfir qeyd edib ki, Azərbaycanın müstəqillik əldə etməsindən qısa müddət keçməsinə baxmayaraq, ölkə mühüm irəliləyişlər əldə edib. “Azərbaycan  regional və qlobal aləmdə önəmli rol oynayan müstəqil dövlərdir. 25 il bundan əvvəl kim təsəvvür edə bilərdi ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü ola bilər, ABŞ və Azərbaycan əsgərləri çiyin-çiyinə xidmət edəcək, Avropanın enerji təhlkəsizliyini təmin edəcək?!”, deyə səfir bildirib.

 

Daha sonra tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ xalqını Azərbaycan höküməti adından tbrik edib.

 

Nazir qeyd edib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ildə ABŞ-la diplomatik münasibətlər qurub və bu günə qədər ABŞ-la münasibətlərə xüsusi diqqət yetirir. Şərifovovun sözlərinə görə, Azərbaycanın ümumilli lideri Heydər Əliyev ABŞ-Azərbaycan münasibətlərinə xüsusi önəm verirdi və bu gün də Azərbaycan prezidenti İlham Əliyev də uğurlu xarici siyasət apararaq ABŞ ilə ikitərəfli münasibətlərə xüsusi önəm verir, o cümlədən, ölkədə demokratiyanın inkişafına, təhlükəsizlik və enerji sahəsində əməkdaşlığın gücləndirilməsinə ciddi əhəmiyyət verir.

 

İki ölkə arasında bu günə qədər 73 sənəd imzalandığını xatırladan nazir qeyd edib ki, iki ölkə arasındab əlaqələr üçün səmərəli hüquqi baza yaradılıb.

 

Nazir Samir Şərifov qeyd edib ki, bu günə qədər qüvvədə qalan 907-ci düzəliş ləğv olunarsa, bu ABŞ ilə Azərbaycan arasında mövcud olan münasibətlərin inkişafına yeni bir təkan verəcək. 

 

Samir Şərifov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə danışaraq qeyd edib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq mühüm rol oynayır. Nazir ABŞ-ın Minsk Qrupuna daimi həmsədri təyin olunmasını arzu edib.   

 

Tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqar iştirak edib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702
avatar

Oxşar yazılar