“Mən bura Dağlıq Qarabağ problemini müzakirə etməyə gəlməmişəm. Hökumət inanır ki, münaqişə yaxın vaxtlarda sülh yolu ilə həll olunacaq. Mən Azərbaycana müdafiә sahәsindә ikitәrәfli әmәkdaşlığı müzakirә etmәyә gәlmişәm”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna, Avrasiya üzrə köməkçisinin müavini, xanım Evelin Farkas verib.
O, Azərbaycanla ABŞ arasında müdafiә sahәsindә çox güclü ikitәrәfli әmәkdaşlığın olduğunu deyib: “Bu әmәkdaşlıq günü-gündən daha da güclәnir. Biz Әfqanıstanda sülhməramlı missiyanın həyata keçirilməsində də әmәkdaşlıq edirik. Bizim Әfqanıstanda hərbi kontingentlərimiz birgə missiya yerinə yetirir. Biz ikitәrәfli әmәkdaşlığı, gәlәcәk görüşlәri müzakirә etmәyә gәlmişik”.