ABŞ konqresmenləri Bakıya gəlib
20 aprel 2014 21:10 (UTC +04:00)

ABŞ konqresmenləri Bakıya gəlib

ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Ed Roysun başçılıq etdiyi nümayəndə heyətinin Bakıda səfərdə olub. Səfirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə,  nümayəndə heyətinə konqresmenlər Eliot Engel, Luis Frenkel və Devid Sicilin da daxil olublar.

 

Onlar prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Zakir Hasanov və başqa yüksək vəzifəli şəxslərlə görüşüblər. Qonaqlar, həmçinin, Sənqaçal Neft Terminalına səfər edib, vətəndaş cəmiyyətinin və Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşüblər.

 

Azərbaycandan sonra konqresmenlər Ukrayna və Ermənistana da səfər edəcəklər.

 

# 743
avatar

Oxşar yazılar