ABŞ dövlət katibi köməkçisinin müavini Azərbaycana səfər edib
19 aprel 2014 10:03 (UTC +04:00)

ABŞ dövlət katibi köməkçisinin müavini Azərbaycana səfər edib

 

Enerji Resursları Bürosunda İcra üzrə ABŞ dövlət katibi köməkçisinin müavini, xanım Culia Neşevat (Julia Nesheiwat) bərpa olunan enerji resursları sahəsində fəaliyyətləri müzakirə etmək və əməkdaşlıq üçün potensial sahələri müəyyən etmək məqsədilə bu həftəsonu Azərbaycana səfər edib.

 

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanım Neşevat Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) ilə görüş keçirib.

 

Daha sonra xanım Neşevat Balaxanıdakı Tullantıların İdarə Olunması zavoduna, o cümlədən Tullantıların Enerjiyə Çevrilməsi zavoduna səfər edib.

 

Xanım Neşevat bildirib ki, Azərbaycanın alternativ və bərpa olunan enerji resursları sahəsində əldə etdiyi irəliləyişi görmək onu çox sevindirib. “Azərbaycan neft və qaz ölkəsi kimi tanınır, lakin biz Azərbaycanı həm də alternativ enerji resursları ölkəsi kimi tanımalıyıq. Azərbaycan təmiz enerji sahəsində böyük irəliləyişə nail olub və biz Azərbaycanla bu sahədə güclü tərəfdaşlığın qurulmasını səbirsizliklə gözləyirik”,- deyə o qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485
avatar

Oxşar yazılar