ABŞ Ali Məhkəməsindən erməniləri şoka salan qərar
11 iyun 2013 10:53 (UTC +04:00)

ABŞ Ali Məhkəməsindən erməniləri şoka salan qərar

ABŞ Ali Məhkəməsi qondarma erməni soyqırımı “qurbanları”nın nəvə-nəticələrinə kompensasiya ödənilməsi barədə məsələyə baxmayacaq.

Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, ABŞ Ali Məhkəməsi dünən bəyan edib ki,  “erməni soyqırımı” “qurbanları”nın nəvə-nəticələrinə kompensasiya ödənilməməsi barədə Doqquzuncu Dairə Məhkəməsinin qərarına baxmayacaq.

 

Amerika Erməni Milli Komitəsi və ermənilərin vəkilləri ABŞ Ali Məhkəməsinin qərarını etirazla qarşılayıb. Erməni təşkilatları kompensasiya məsələsi ilə bağlı mübarizəni davam etdirəcəklərini bəyan ediblər.

 

Xatırladaq ki, 23 fevral 2012-ci ildə 12 federal hakimin qərarı ilə Kaliforniya ştatında  “erməni soyqırımı” “qurbanları”nın nəvə-nəticələrinə kompensasiya ödənilməsi barədə qəbul edilən qərar ABŞ Konstitusiyasına ziddir və belə məsələlər məhz beynəlxalq hüquq və  münasibətlərlə tənzimlənir. 22 iyun 2012-ci ildə isə ermənilər bu qərara yenidən baxılması üçün ABŞ Ali Məhkəməsinə müraciət etmişdilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2818
avatar

Oxşar yazılar