Abbas Abbasovun təşkilatında parçalanma
29 iyun 2013 18:31 (UTC +04:00)

Abbas Abbasovun təşkilatında parçalanma

Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyətının (“AzərRos”) ötən gün keçirilən clasında qalmaqal yaşanıb.

 

Modern.az-ın xəbərinə görə, təşkilatın regional bölmələrinin toplantıya qatılmaması səbəbindən “AzərRos”da parçalanmaların olması haqda müxtəlif məlumatlar yayılıb.

 

“AzərRos”un İdarə Heyətinin sədri, Moskva şəhər təşkilatının sədri Ağadadaş Kərimov da iclasda narazılıqların olduğunu təsdiqləyib.

 

Diaspor nümayəndəsinin sözlərinə görə, iclasa əsas regional bölmələr qatılmayıblar. A.Kərimov daha sonra “Azərros”un daxilində gizli parçalanmaların getməsi haqda yayılan xəbərlərdən söz açıb. Bildirib ki, “Azərros”da narazılıqlar var, amma bunun günahını Abbas Abbasovun üstünə atmaq düzgün deyil: “Narazılıqlar var idi ki, iclasa məsuliyyətlə yanaşmamışdılar. Şuranın ilk iclası idi. Bizim hərəmizi bir vaxtda dəvət eləmişdilər. Məni saat beşdə dəvət eləmişdilər. Sonra məlum oldu ki, toplantı saat 3-dədir. Bütün bunlar keçmiş sədrin fəaliyyətindən irəli gəlir. Bundan əvvəl hamıya elektron poçt vasitəsilə çağırış göndərilirdi. Bu dəfə isə telefonla dəvət edib, yanlışlığa yol verirlər. Bir sıra yerli təşkilatlar, sədrlər iclasa qatılmamışdılar. Bunlar hələ təzə başlayıblar. Neçə işləmək lazım olduğunu hələki formalaşmış dərəcə bilmirlər. Biz illərdir bu işin içindəyik. Bütün narazılıqları Abbas Abbasovla, Məhərrəmovla bağlamaq düzgün olmazdı. Yeni Şuranın formalaşmasından 6 ay keçsə də, hələki bir iş görülməyib. Narazılıqlar bundan irəli gəlir”.

 

Qeyd edək ki, Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinin ("AzəRos") dünən keçirilmiş iclasında narazılıqlar baş qaldırıb. Federal Şurasının sədri Tahir Hacıyev vəzifəsindən istefa verdiyi bildirilir. İclasa qatılmayan T. Hacıyevin bu qərarı ciddi rezonans doğurub. "Azerros”un ən iri təşkilatları olan Sankt-Peterburq, Moskva vilayəti, Samara və Nijeqordoski təşkilatları Şuranın  iclasına qatılmaqdan imtina ediblər. İclas o təşkilatların rəhbərlərinin iştirakı olmadan keçib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3945
avatar

Oxşar yazılar