Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey İvanov “Azerros” Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun müraciətinə cavab verib. Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, qurumun saytında deputat Jirinovskinin azərbaycanlıları təhqir etməsinə cavab olaraq onun məsuliyyətə cəlb olunmasını tələb edən Abbasovun müraciətinə baxıldığı və daha obyektiv və hərtərəfli qiymətləndirilməsi üçün Dövlət Dumasına göndərildiyi qeyd olunub.