Ana Vətən partiyası Ali Məclisinin iclası keçirilib. Lent.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan partiyanın sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı partiyanın 2013-cü ildə gördüyü işlərdən danışıb.
Daha sonra AVP Mərkəzi Aparatı rəhbərinin məruzəsi dinlənilib. Gündəlikdə duran təşkilati məsələlərə baxılaraq AVP Gənclər Təşkilatının sədri Tural Məmmədov Ali Məclisə yeni üzv qəbul olunub. Daha sonra partiya sədri Fəzail Ağamalının təqdimatı ilə Elçin Ağamalı təşkilati məsələlər üzrə, Zülfiyyə Mustafayeva beynəlxalq məsələlər üzrə sədr müavinləri seçiliblər.
İclasın sonunda 7 nəfərdən ibarət Mərkəzi Şura da seçilib.