"Dağlıq Qarabağa dair danışıqlara böyük siyasi impuls verilməlidir”
30 avqust 2013 16:32 (UTC +04:00)

"Dağlıq Qarabağa dair danışıqlara böyük siyasi impuls verilməlidir”

 

“Əsas məsələ Ermənistanın yalan illüziyalarının aradan qaldırılmasıdır”


 

“Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların növbəti mərhələdə nəticə verməsi, qaçqın və məcburi köçkünlər probleminin həll olması üçün əsas məsələ Ermənistanın yalan illüziyalarının aradan qaldırılmasıdır”.APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ASAİF-in IX Yay Forumunda çıxışı zamanı deyib.

 

Nazir müavini bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “Son zamanlar beynəlxalq birlik də bu yanaşmaya üstünlük verir. Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlara böyük siyasi impuls verilməlidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672
avatar

Oxşar yazılar