APA məıumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar junalistlərə açıqlamasında bildirib.
“Bu baş verəcək, lakin mən sizə dəqiq vaxtı deyə bilmərəm. ABŞ-ın yeni həmsədri vəzifəsinə çoxlu namizədləri var. Amma mən onlar barəsində dəqiq məlumat verə bilmərəm”, deyə Morninqstar bildirib.
Morniqstar bilirib ki, ABŞ-ın hazırkı müvəqqəti həmsədri İan Kelli öz işinin öhdəsindən məharətlə gəlir.
Azərbaycanda oktyabr ayında keçiriləcək prezident seçkilərinə münasibət bildirərkən Morninqstar qeyd edib ki, ABŞ Azərbaycanda şəffaf və ədalətli seçkilərin keçirilməsinin tərəfdarıdır.