AŞPA həmməruzəçiləri Azərbaycanla bağlı  ikinci hesabat hazırlayır
13 iyun 2013 20:03 (UTC +04:00)

AŞPA həmməruzəçiləri Azərbaycanla bağlı ikinci hesabat hazırlayır

AŞPA həmməruzəçiləri Azərbaycanla bağlı ikinci hesabatı hazırlamağa başlayıblar.

 

APA-nın məlumatına görə, hesabatın 2-2,5 il ərzində başa çatdırılması planlaşdırılır. Bu barədə Azərbaycanda  səfərdə olan AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt bu gün keçirdikləri mətbuat konfransında deyiblər. Xatırladaq ki, Azərbaycanla bağlı ilk hesabat AŞPA-nın yanvar sessiyasında qəbul olunub.

 

Həmməruzəçilər qeyd ediblər ki, Azərbaycana səfər çərçivəsində Azərbaycan prezidenti, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri, Azərbaycanın AŞPA-da nümayəndə heyəti, MSK üzvləri, Ali Məhkəmənin sədri, baş prokuror, daxili işlər naziri, ədliyyə naziri, müxalifət partiyalarının nümayəndələri və QHT-lkərin təmsilçiləri ilə görüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381
avatar

Oxşar yazılar