ABŞ Dövlət Departamenti: “Biz hökumətlə işləməyə bundan sonra da sadiqik”
10 oktyabr 2013 23:52 (UTC +04:00)

ABŞ Dövlət Departamenti: “Biz hökumətlə işləməyə bundan sonra da sadiqik”

“ABŞ ATƏT-in bəyanatında göstərilən və Azərbaycan hökuməti tərəfindən seçki kampaniyası zamanı atılan konstruktiv addımları diqqətə alır. Buraya həmçinin Cəmil Həsənli və digər müxalif namizədlərin uğurlu qeydiyyatını, seçkiləri müşahidə etmək məqsədilə ATƏT-in seçki müşahidə missiyasının dəvət olunmasını, eləcə də effektiv texniki hazırlığı aid etmək olar”.

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilmiş seçkilərlə bağlı yaydığı press-relizdə bildirilib.

 

Məlumatda qeyd olunub ki, Amerika Birləşmiş Ştatları davamlı olaraq Azərbaycan hökumətini azad və ədalətli seçki prosesinin təmin etməyə, sərbəst toplaşmaq və söz azadlığına hörmət etməyə çağırıb.

 

Məlumatda həmçinin ABŞ-ın ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT-in Parlament Assambleyası oktyabrın 10-da verdiyi ilkin bəyanatdakı narahatlıqları bölüşdüyü vurğulanıb və Azərbaycanın ATƏT qarşısında öz öhdəliklərinin tam yerinə yetirməsi üçün həlli mühüm olan nöqsanların olduğunu qeyd edib.

 

Press-relizdəki seçki prosesindəki müəyyən hallar sadalanıb, seçki prosesindən sonrakı dövrdə bütün tərəflər zorakılıqdan çəkinməyə çağırılıb: “Biz Azərbaycanın beynəlxalq ictimaiyyətin sabit, çiçəklənən, demokratik üzvü kimi tam potensiala malik olması üçün hökumətlə işləməyə bundan sonra da sadiqik”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar