“Hazırda işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Füzuli rayonunun bir hissəsində görülən işlər onu göstərir ki, biz bütün bərpa işlərini qısa müddət ərzində görə bilərik. Hazırda hər il 20 min köçkün müasir evlərlə, mənzillərlə təmin edilir. Yəni, demək olar ki, hər il biz bir şəhər boyda qəsəbələr, evlər, mənzillər tikib veririk köçkünlərin sərəncamına. Ona görə torpaqlar işğaldan azad olunandan sonra qısa müddət ərzində bütün infrastruktur bərpa ediləcək və bu gün işğal altında olan torpaqlara yeni həyat veriləcək”, - deyə prezident vurğulayıb.