“Yeni Müsavat”: Azərbaycanda “nurçular”la bağlı əməliyyat hazırlanır
08 aprel 2014 19:23 (UTC +04:00)

“Yeni Müsavat”: Azərbaycanda “nurçular”la bağlı əməliyyat hazırlanır

Azərbaycanda “nurçular”la bağlı əməliyyat hazırlanması barədə xəbərlər yayılmaqdadır. “Yeni Müsavat” qəzeti yazıb ki, onların poçtuna daxil olan xəbərdə bildirilir ki, Türkiyə baş nazirinin aprelin 4-də gerçəkləşən Bakı səfəri zamanı prezident İlham Əliyevə təqdim etdiyi siyahıda “nurçu” şirkətlərin də adı olub.

Xəbərdə iddia olunur ki, Azərbaycanda indiyə qədər nurçulara maddi dəstək verən, eyni zamanda bu qüvvəni himayə edən şirkətlərin tam siyahısı hazırdır: “Ancaq araşdırmalar zamanı ilginc məqamlar da ortaya çıxıb. Bəlli olub ki, bu şirkətlərdən heç də hamısı nurçulara şüurlu yardım etməyib. Onlar sadəcə nurçuları himayə edən yüksək rütbəli məmurların göstərdiyi hesablara pul köçürüblər. Sonradan həmin vəsait nurçuların əllərində cəmlənib. Bu məsələdə yüksək hazırlıqlı psixoloqların da əməyi var. Onlar Bakıdakı iri şirkətlərin sahibləri ilə əlaqə yaradır, onlara din adına bir sıra təlqinlərdə bulunur və onlardan zəkat adı ilə böyük məbləğlər alırlar. Bu kampaniya hər il Ramazan ayından öncə başlayır və Ramazanın sonuna qədər davam edir. Əldə etdiyimiz xəbərlərə görə, bu yolla təkcə Ramazanda bir neçə yüz min manat vəsait toplanır”.

Qaynaq bildirir ki, indiyə qədər “FAB boya”, “World Telecom”, “Mado”, “Cihan reklam”, “Modern Group”, “Absheron beton”, “Zivella”, “HB Clinica”, “Homelife mebel”, “Sahzade restoran”, “Gulluoğlu paxlava”, “Malatya pazari”, “Turk American Medical Center” kimi şirkətlərdən külli miqdarda pul yığılıb.

Qəzetin yazdığına görə, Azərbaycanda fəaliyyət göstərən “Zaman” qəzetinə bir neçə ildir abunə yazılan şirkətlər artıq abunədən rəsmi imtina etmələri ilə bağlı redaksiyaya bildirişlər göndəriblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619
avatar

Oxşar yazılar