"Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ideyasını dəstəkləyirik”.
APA-nın məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə keçirdiyi brifinqdə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov söyləyib. Nazir ATƏT-in Minsk Qrupuna yeni amerikalı həmsədrin nə vaxt təyin olunacağına da aydınlıq gətirib. Elmar Məmmədyarov yeni həmsədrin gələn ay təyin olunacağını deyib.