“NATO Əfqanıstandakı qoşunlarını Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə çıxara bilər”
19 fevral 2014 15:59 (UTC +04:00)

“NATO Əfqanıstandakı qoşunlarını Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə çıxara bilər”

“Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tez istifadəyə verilməsi həm iqtisadi, həm siyasi, həm də regionun inkişafı baxımından çox önəmlidir”.


 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gəncədə Türkiyə və Gürcüstanın xarici işlər nazirləri ilə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, NATO 2015-ci ildə öz qoşunlarını Əfqanıstandan çıxaracaq: “Bu proses Bakı-Tiflis-Qars dəmir yolu xətti vasitəsilə aparıla bilər. Bununla bağlı bir neçə dəfə təklif vermişik, hətta prezentasiya da keçirmişik. Bu istiqamətdə səfirimizə tapşırıq vermişik ki, məsələni NATO-nun rəhbərliyi ilə müzakirə etsin. Təklif verilib ki, bu dəmir yolundan NATO-nun qoşunlarını Əfqanıstandan çıxarmaq üçün istifadə etsinlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474
avatar

Oxşar yazılar