“Minsk Qrupu daha fəal ola bilər”
15 iyul 2013 15:27 (UTC +04:00)

“Minsk Qrupu daha fəal ola bilər”

"Ukrayna ATƏT-in Minsk Qrupunu dəstəkləyir, amma hesab edirik ki, onun fəaliyyəti daha aktiv ola bilər”.


 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara bildirib. O xatırladıb ki, “dondurulmuş” münaqişələrin həlli Ukraynanın ATƏT-ə sədrliyi dövründə prioritetlərdən biridir: “Ukrayna “dondurulmuş” münaqişələrlə əhatə olunub. Bu, həm Moldovadır, həm də Cənubi Qafqazdır. Buna görə də, Ukrayna tərəfi bu məsələyə diqqət yetirir. Fikirləşirik ki, aktiv prosesi dəstəkləmək, müxtəlif formatlarda prezidentlər, XİN rəhbərləri səviyyəsində görüşlər keçirmək lazımdır. Heç bir münaqişə konfrans, ya da iclasdan sonra həll olunmayıb. Bunun üçün praktik iş tələb olunur”.

 

L. Kojara eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələrinin görüşlər keçirməsinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, Ukrayna belə görüşlərə ev sahibliyi edə bilər. ATƏT-in fəaliyyətdə olan sədri əlavə edib ki, Ukrayna humanitar fəlakətlərin törətdiyi fəsadların aradan qaldırılmasına yönəlmiş bütün fəaliyyətləri dəstəkləyir.

 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510
avatar

Oxşar yazılar