ABŞ-ın “Arthur J.Finkelstein and Associates” (AJF) şirkəti Bakı şəhərində və ölkənin bir sıra rayonlarındakı seçki məntəqələrində “exit-poll” keçirir. APA-nın xəbərinə görə, saat 08-də başlayan “exit-poll” saat 16:00-dək qədər davam edəcək.
18 saylı Nərimanov-Nizami seçki dairəsinin 4 saylı məntəqəsində sorğu aparan AJF əməkdaşı seçicilərin fəallığının yüksək olduğunu söyləyib: “Biz məntəqədən çıxan seçicilərə anonim sorğumuzda iştirak etməyi təklif edirik. Lakin bəzi seçicilər özləri könüllü bizə yaxınlaşır”. O, kişi seçicilərin və 18-29 yaş və 60-69 yaş arasındakı seçicilərin “exit-poll”da daha fəal olduğunu deyib.