“Eldar Namazov bu səfərlə şou yaratmaq cəhdini ortalığa qoyub. Guya ayrı-ayrı dövlətlər bunlarla maraqlanır. Əslində bu, fərdi səfərdən başqa heç bir şey deyil". Bunu “Trend”ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Novruzov vurğulayıb ki, heç bir dövlət, qurum, təşkilat Eldar Namazovla maraqlanmır: "Sadəcə olaraq özləri bu ab-havanı yaratmaq istəyirlər, əslində isə Eldar Namazovun ABŞ-a getməsi müxtəlif şəxslərin sponsorluğu ilə reallaşan növbəti turist gəzintisidir".
Qeyd edək ki, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov bu həftənin əvvəli Vaşinqtona gedib