Azərbaycanda uzun müddətdir müzakirəsi gözlənilən “Diffamasiya haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilib.
Parlamentdən APA-ya verilən məlumata görə, qanun layihəsi Avropa Şurasının Venesiya Komissiyası ilə razılaşdırılma ərəfəsindədir və müzakirələr yekunlaşmaq üzrədir.
Qanunun qəbulu ilə bağlı mübahisəli məqam olan Cinayət Məcəlləsindəki 147 (böhtan) və 148-ci (təhqir) maddələr Avropa ölkələrinin təcrübəsi əsas götürülmək şərtilə çıxarılmayacaq, saxlanılacaq. Yəni bu maddələr tətbiq edici yox, çəkindirici gücə malik olacaq.
Qanunla bağlı bütün yeniliklər və razılaşmalar isə parlamentdə müzakirələr zamanı açıqlanacaq.