“Azərbaycan və Ermənistan arasında dialoqun davam etməsi ümidvericidir”  - <span style="color:red;">YENİLƏNİB
09 aprel 2014 14:18 (UTC +04:00)

“Azərbaycan və Ermənistan arasında dialoqun davam etməsi ümidvericidir” - YENİLƏNİB

0

Avropa Birliyi hesab edir ki, Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun davam etməsi ümidvericidir.


 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

 

M. Mard bildirib ki, AB dialoqun davam edəcəyinə ümid edir: “Biz düşünürük ki, prezidentlər arasında dialoq davam edəcək. Dialoq bir çox məsələlərin irəli getməsinin yeganə yoldur. Avropa Birliyi danışıqların davam etməsinə çox pozitiv yanaşır”.

 

M. Mard qeyd edib ki, Azərbaycan və AB arasında ikitərəfli münasibətlər üzrə danışıqlar həm Bakıda, həm də Brüsseldə davam etdirilir: “Ümid edirəm ki, bu dialoq keçmiş illərdə müşahidə etdiyimiz intensivliklə davam edəcək. Azərbaycanla Avropa Birliyi arasında yaxşı əməkdaşlıq münasibətləri mövcuddur".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 976

Oxşar yazılar