“Azərbaycan Avropanın şərq ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır”
16 may 2014 00:42 (UTC +04:00)

“Azərbaycan Avropanın şərq ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır”

Avropa İttifaqı ilə Azərbaycan arasında uzunmüddətli əməkdaşlıq mövcuddur. APA-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard mayın 15-də Avropa Günü şərəfinə təşkil olunan tədbirdə bildirib.

 

"Biz qonşularla birgə işləməyə böyük dəyər veririk. Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın möhkəm əsasları var. Ümid edirik ki, əməkdaşlıqla bağlı gündəliyimiz daha da genişlənəcək. Gələcəyimiz hələ qabaqdadır"- deyə, M.Mard qeyd edib.   

 

Səfir bildirib ki, bu əməkdaşlığın inkişafına öz töhfəsini vermək istəyir.

 

Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev Avropa Günü münasibəti ilə Avropa İttifaqına daxil olan ölkələrin başçılarını, Avropada yaşayan xalqları təbrik edib və onlara sülh və əmin-amanlıq arzu edib.

 

Nazir bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Aİ ilə Azərbaycan arasında münasibətlər inkişaf etməyə başlayıb: "Bu gün həm siyasi, həm iqtisadi sahələrdə sıx əlaqələr mövcuddur".

 

Nazir Azərbaycanın iqtisadi qüdrətini vurğulayıb və bildirib ki, Azərbaycanın Avropa ölkələri ilə sıx iqtisadi münasibətləri mövcuddur: " Azərbaycanın neft və qaz strategiyası eyni zamanda qonşu ölkələrə də çox töhfələr verib. Enerji sahəsində əlaqələrimiz yeni səviyyəyə çatıb. Azərbaycan Avropanın şərq ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653
avatar

Oxşar yazılar