“Azərbaycan Avropa İttifaqı üçün vacib ölkədir”
02 may 2013 17:35 (UTC +04:00)

“Azərbaycan Avropa İttifaqı üçün vacib ölkədir”

Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Lent. az-ın məlumatına görə, Avropa Parlamentinin nümayəndələrini Azərbaycanda görməkdən məmnun olduğunu bildirən O. Əsədov deyib ki, müstəqillik əldə etdikdən sonra rəsmi Bakı demokratik inkişaf yolu seçib və qarşısına hüquqi dövlət qurmaq məqsədini qoyub. Hazırda Azərbaycan bu yolla uğurla irəliləyir. Ölkəmiz Avropa dəyərlərinə böyük önəm verir və Avropa İttifaqına daxil olan dövlətlər ilə yaxından əməkdaşlıq edir.
Milli Məclisin sədri qeyd edib ki, bizi heç kəs Avropa dəyərlərini qəbul etməyə məcbur etmir. Azərbaycan müstəqil dövlətdir və öz siyasi xəttini müəyyən edərək Avropaya inteqrasiya olunmaq istiqamətində uğurlu addımlar atır. Azərbaycanın dövlət başçısı Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası kimi qurumlarla sıx əməkdaşlıq etmək üçün siyasi kurs müəyyən edib. Azərbaycan Avropa İttifaqının “Şərqə doğru genişlənmək” siyasətini dəstəkləyir və bu proqram çərçivəsində mühüm tədbirlər həyata keçirir.
Nümayəndə heyətinin rəhbəri Martin Kollanan bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün vacib ölkədir və onunla daha yaxından əməkdaşlıq etməkdə maraqlıdır.
Qeyd olunub ki, Azərbaycanın demokratik inkişaf yolu seçməsi və Avropaya inteqrasiya siyasəti aparması təqdirəlayiqdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417

Oxşar yazılar