“ATƏT - Qafqaz regionunda yeni imkanlar” konfransı keçirilib
28 iyun 2013 20:48 (UTC +04:00)

“ATƏT - Qafqaz regionunda yeni imkanlar” konfransı keçirilib

Gürcüstan paytaxtındakı Qafqaz Beynəlxalq Universitetində “ATƏT - Qafqaz regionunda yeni imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri universitetin rektoru Kaxaber Kordzia açıb. Sonra Ukraynanın Gürcüstandakı səfirliyinin II katibi Dmitri Tretyakov, ATƏT-in Gürcüstanda azlıqların problemləri üzrə milli proqram koordinatoru Nino Qoqoladze, Qafqaz Regional Təhlükəsizlik İnstitutunun direktoru Aleksandr Rusetski, “Demokratik Gürcüstan” siyasi hərəkatın lideri, Gürcüstan prezidentliyinə namizəd Nino Burcanadze, Gürcüstan Sosial-Demokrat Partiyasının baş katibi Beka Natsivlişvili, ATƏT-in “Qafqaz Araşdırma Mərkəzi”nin rəsmisi Olqa Doroxina, Helsinski Vətəndaş Assambleyasının Azərbaycan Komitəsinin nümayəndəsi, politoloq Zərdüşt Əlizadə və başqaları çıxış edərək Cənubi Qafqazda ATƏT-in perspektivləri və yeni imkanlar barədə söhbət açıblar.

 

Tədbir 1973-cü ilin iyulun 3-də Helsinskidə açılan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının ilk mərhələsinin 40 illiyinə həsr olunub.

 

Beynəlxalq konfransda “Qafqazın çağırışı” adlı sənəd qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 403
avatar

Oxşar yazılar