“APA Holding”ə məxsus saytlara güclü haker hücumu başlayıb
05 aprel 2014 14:48 (UTC +04:00)

“APA Holding”ə məxsus saytlara güclü haker hücumu başlayıb

Dünəndən etibarən “APA Holding”ə məxsus olan saytlara güclü haker hücumu başlayıb.

 

 

APA-nın xəbərinə görə, holdinqə daxil olan www.apa.az, www.lent.az, www.vesti.az, www.apa.tv, www.apasport.az, www.kulis.az, www.ailem.az saytlarına girişdə oxucuların müəyyən fasilələrlə üzləşmələri məhz bu hücumlarla bağlıdır.

 

Holdinqin İnformasiya Texnologiyaları Departamentinin məlumatına görə, hazırda quruma məxsus serverlərə 4 gbps gücündə attack olunur.

 

Mütəxəssislərin bildirdiyinə görə, bu cür attack “həvəskar nümayişi” ola bilməz: “Bunun üçün güclü trafikdən istifadə edilməli və xeyli pul xərclənməlidir”.

 

Hazırda hücumun qarşısının alınması istiqamətində iş aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1354
avatar

Oxşar yazılar