Elman Abdullayev: “ABŞ-ın xarici siyasəti ayrı-ayrı ştatlar tərəfindən yox, federal hökumət tərəfindən həyata keçirilir”
“Bütün dünya birliyi kimi, rəsmi Vaşinqton da Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”.APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ABŞ-ın Luiziana ştatının Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımasına dair Ermənistan mediasında yayılan informasiyalara münasibət bildirərkən deyib. E. Abdullayev xatırladıb ki, ABŞ-ın xarici siyasəti ayrı-ayrı ştatlar tərəfindən yox, federal hökumət tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, bu, erməni diasporunun növbəti provokasiyasıdır: “Onlar sülh prosesinə və ümumən bölgənin gələcəyinə zərbə vurmaq istəyirlər”.